Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Hatay °C
Profesyonel Emlak

Vətən müharibəsi qazisi Arif Hacıyevin İsrailə səfəri başa çatıb

Vətən müharibəsi qazisi Arif Hacıyevin İsrailə səfəri başa çatıb
REKLAM ALANI
27.12.2022
A+
A-

 

 

 

Vətən müharibəsi qazisi Arif Hacıyevin İsrailə səfəri başa çatıb

2022

Vətən müharibəsi qazisi Arif Hacıyevin İsrailə səfəri başa çatıb

Vətən müharibəsi qazisi Arif Hacıyevin İsrailə səfəri başa çatıb. Səfər azərbaycanlı qazinin doktor İşay Falik və buynuz qişa donorunun ailə üzvləri ilə görüşməsi məqsədilə təşkil edilib.

Qazimizi dörd günlük səfərdə ABŞ-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri Nurit Qringer, “Double Trouble Production” şirkətinin baş direktoru Eti El-Kiss və İsraildəki tərcüməçi Hafiz Rəhimov müşayiət ediblər.

“Misgav Ladach Hospital”da oftalmoloq Yişay Falik Azərbaycanda əməliyyat etdiyi qazimizin gözünü müayinə edib. Sonra qazimiz Hersliya şəhərinə gedərək, buynuz qişa donorunun ailə üzvləri ilə görüşüb və onlara minnətdarlığını bildirib.

Səfər çərçivəsində Arif Hacıyev həmçinin Beyt Halokim Veteranlar Mərkəzində, İsrail Knesetində (parlament), Akko və Yerusəlim şəhərlərində olub.

Veteranlar Mərkəzində israilli qazi Barakla görüşən Arif Hacıyevi parlamentdə Knessetin sədri Yariv Levin, israilli siyasətçi və İsrail Müdafiə Qüvvələrinin Cənub Komandanlığının keçmiş komandiri Yoav Qalant, Hersliya şəhərinin meri Moşe Fadlon səmimiyyətlə qəbul ediblər.

Hersliya meriyasında indiyədək yalnız İsrail Prezidentinə təqdim olunmuş şəhərin rəmzi açarı Arif Hacıyevə bəxş edilib. Qazimizin Yerusəlimdəki əl-Əqsa Məscidində dua etmək arzusu da reallaşdırılıb.

Nurit Qringer bildirib ki, 2022-ci ilin iyun ayında jurnalist kimi Azərbaycanda səfərdə olarkən Vətən müharibəsi qazisi Arif Hacıyevdən müsahibə alıb. Müsahibə zamanı Arif buynuz qişasının İsraildəki donoru olan ailə ilə görüşmək və şəxsən təşəkkür etmək arzusunu bildirib. Jurnalist ona arzusunu həyata keçirəcəyinə söz verib və ABŞ-a qayıdandan sonra bu istiqamətdə fəaliyyətə başlayıb. Onun layihəsinə kinoprodüser El-Kiss də həvəslə qoşulub.

N.Qringer bildirib ki, layihəni Arifin gözünü əməliyyat edən göz cərrahı, buynuz qişanın transplantasiyası və göz səthinin kök hüceyrə quruluşu üzrə mütəxəssis Dr. Yişay Falik, İsrailin Azərbaycandakı səfiri Corc Dik, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Los-Ancelesdəki “Chabad SoLa” icması dəstəkləyiblər.

Nurit Qringer hesab edir ki, İslam inanclı azərbaycanlı əsgərin İsraildə bir yəhudidən buynuz qişası əldə etməsi iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu nümayiş etdirir: “Azərbaycana səfərimiz, yerli rəsmilərlə, eləcə də sadə insanlarla görüşlərimiz ölkəni tanıtmaq üçün ərsəyə gətiriləcək sənədli filmdə işıqlandırılacaq”.

O bildirib ki, Arif Hacıyevin İsrailə səfərindən bəhs edən sənədli filmin Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılışı ərəfəsində hazır olacağına və nümayiş etdiriləcəyinə ümid edirlər. Filmin operatoru Eyal Aşkenazidir.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

kaynak:http://diaspor.gov.az/az/news-detail/veten-muharibesi-qazisi-arif-haciyevin-israile-seferi-basa-catib-2122

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.