TDT-yə üzv dövlətlərin Diaspor Məsələlərinə məsul Dövlət Qurumlarının Rəhbərlərinin 6-cı görüşü keçirilib
2024
TDT-yə üzv dövlətlərin Diaspor Məsələlərinə məsul Dövlət Qurumlarının Rəhbərlərinin 6-cı görüşü keçirilib
https://x.com/DiasporaAz/status/1861689183233839181
Özbəkistan Respublikasının Daşkənd şəhərində Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyi yanında Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Münasibətləri Komitəsinin ev sahibliyi ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Diaspor Məsələlərinə məsul Dövlət Qurumlarının Rəhbərlərinin 6-cı görüşü keçirilib.
https://x.com/DiasporaAz/status/1861689183233839181
Görüş zamanı TDT baş katibinin müavini Merey Mukazhan və qurum rəhbərləri təşkilata daxil olan ölkələrin diasporlarının hazırkı vəziyyəti ilə bağlı mühüm məsələlər ətrafında geniş müzakirələr aparıb. Tərəflər diasporlarla əməkdaşlığın və koordinasiyanın təkmilləşdirilməsi istiqamətində səylərin, aidiyyəti dövlət qurumları arasında təcrübə mübadiləsi proqramlarının effektivliyinin və diaspor potensialının artırılması, həmçinin gənclərin iştirakı ilə keçiriləcək Türk Diaspor Forumunun təşkili ilə yanaşı, TDT-nin gənclik, iqtisadi və akademik təşəbbüslərində türk diaspor nümayəndələrinin daha geniş iştirakının təmininə diqqət yetirib.
https://x.com/DiasporaAz/status/1861689183233839181
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxış edərək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradıldığından bəhs edib. Azərbaycan və Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr arasında əlaqələrin inkişafının son zamanlar daha da intensiv xarakter aldığını söyləyib. TDT çərçivəsində qəbul olunmuş Türk Diasporunun Birgə Fəaliyyət Strategiyasına əsasən keçirilən ikitərəfli, o cümlədən çoxtərəfli görüşlərin, müxtəlif proqram və forumların əlaqələrin daha da genişlənməsinə xidmət etdiyini bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V (Zəfər) Qurultayında çıxışı zamanı milli kimliyinin qorunmasına önəm verilməsi, buna uyğun olaraq bazar günü məktəblərinin təşviq edilməsini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
https://x.com/DiasporaAz/status/1861689183233839181
Görüşdə DİDK tərəfindən 2025-ci ildə Azərbaycanda TDT-yə üzv dövlətlərin diasporla iş üzrə məsul qurumlarının nümayəndələri üçün 2-ci təcrübə proqramının, Çexiyada isə Türkdilli Diasporların 3-cü Potensialartırma təlim proqramının keçirilməsinə dair razılığa gəlinib.
Tədbir çərçivəsində Azərbaycan və Özbəkistan mədəniyyətlərini nümayiş etdirən sərgi təşkil olunub.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1861689183233839181
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/tdt-ye-uzv-dovletlerin-diaspor-meselelerine-mesul-dovlet-qurumlarinin-rehberlerinin-6-ci-gorusu-kecirilib-5321
https://x.com/DiasporaAz/status/1861689183233839181
Son Güncelleme: 28 Kasım 2024 | Etiketler: Diaspor, Diasporla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev, Dövlət Qurumlarının Rəhbərlərinin 6-cı görüşü keçirilib, dövlətlərin, Elşad Əliyev, Məsələlərinə, məsul, TDT, TDT-yə üzv dövlətlərin Diaspor Məsələlərinə məsul Dövlət Qurumlarının Rəhbərlərinin 6-cı görüşü keçirilib, üzv
TARIMKON GENEL BAŞKANI HAKAN YÜKSEL`DEN 29 EKİM CUMHURİYET BAYRAMI MESAJI
TURAN TEŞKİLATI GENEL BAŞKANI NESLİHAN YÜRÜKSOY’ DAN 29 EKİM CUMHURİYET BAYRAMI MESAJI
CEVDET YILDIRIM `DAN 29 EKİM CUMHURİYET BAYRAMI MESAJI
SON PARTİ GENEL BAŞKANI MURAT ÇOBANOĞLU`NDAN 29 EKİM CUMHURİYET BAYRAMI MESAJI
Birleşik Rusya’nın desteğiyle Moskova Bölgesi’nde “Rusya-Belarus” Uluslararası Okul Sporları Festivali başladı
US-SEN’de Yeni Dönem