Tanınmış azərbaycanlı alim Dövlət Komitəsində olub
2024
https://x.com/DiasporaAz/status/1804752724367429700
Tanınmış azərbaycanlı alim Dövlət Komitəsində olub
https://x.com/DiasporaAz/status/1804752724367429700
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Almaniyada yaşayan tanınmış alim, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyevlə görüşüb.
Komitə sədri professor Məsud Əfəndiyevin uzun illər Almaniyada yaşamasına baxmayaraq, daim vətəninin, xalqının inkişafı üçün çalışdığını diqqətə çatdırıb və Azərbaycan diasporunun inkişafındakı xidmətlərindən, riyaziyyat elmində əldə etdiyi uğurlardan söz açıb. Hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarının, soydaşlarımızın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu bildirib. Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Məsud Əfəndiyevin təltif olunduğu “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalını alimə təqdim edib.
https://x.com/DiasporaAz/status/1804752724367429700
Fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını ifadə edən Məsud Əfəndiyev bundan sonra da xaricdə vətənimizin milli maraqlarının müdafiəsi, ölkə daxilində və hüdudlarından kənarda təhsil alan, yaşayan gənclərimizin beynəlxalq elm aləminə inteqrasiyası, fəallıqlarının arıtırılması üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.
Qeyd edək ki, Məsud Əfəndiyev 1996-cı ildə “Alexander von Humboldt Fondu”nun gənc alimlər üçün olan mükafatına və 2015-ci ildə “Fellowship for Experienced Researchers” mükafatına layiq görülmüs ilk və yeganə azərbaycanlı alimdir.
Torontoda yerləsən Fields İnstitutunun və Toronto Universitetinin birgə təsis etdiyi (2018) “Dean`s Distinguished Professor” (Dekanın görkəmli professoru) statusunda 6 ay ərzində “Mathematical Biology Thematik” proqramına rəhbərlik edib. 2023-cü ildə Fields İnsititutunun “Lifetime Achievements Award” ömürlük mükafatına layiq görülüb.
FOTO QALEREYA
https://x.com/DiasporaAz/status/1804752724367429700
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/taninmis-azerbaycanli-alim-dovlet-komitesinde-olub-4878
Son Güncelleme: 23 Haziran 2024 | Etiketler: alim, Azerbaijan, AZERBAYCAN, Azərbaycan, Azərbaycan Diasporuna Dəstək Fondu, Azərbaycan Evi, Azərbaycanlı, Bakı, BAKÜ, Dəstək Fondu, Diaspor, Diaspora, Diasporla, Diasporla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Diasporuna Dəstək Fondu, Dövlət Komitəsində, embassy, Embassy of the Republic of Azerbaijan, Fuad, Fuad Muradov, İş üzrə Dövlət Komitəsi, Muradov, Öf, olub, Republic, Republic of Azerbaijan, Tanınmış, Tanınmış azərbaycanlı alim Dövlət Komitəsində olub, THE
«Единая Россия» добилась освобождения семей участников СВО от уплаты пошлины при обращении за назначением пенсии по потере кормильца
TÜSİKON BAŞKANI ORHAN BEŞİKTEPE ‘DEN 29 EKİM CUMHURİYET BAYRAMI MESAJI
Selçuk Yoğurtçuoğlu Suriye’de Umut ve Rehabilitasyon Hamlesi
TARIMKON GENEL BAŞKANI HAKAN YÜKSEL`DEN 29 EKİM CUMHURİYET BAYRAMI MESAJI
29 أكتوبر رسالة يوم الجمهورية من رئيس مجلس إدارة شركة أسفا القابضة، أساف أتاسوي
Asfa Holding Yönetim Kurulu Başkanı Asaf Atasoy `dan 29 Ekim Cumhuriyet Bayramı Mesajı