Stokholmda ABŞ-də imzalanan Birgə Bəyannamə ilə əlaqədar tədbir keçirilib
2025
Stokholmda ABŞ-də imzalanan Birgə Bəyannamə ilə əlaqədar tədbir keçirilib
ABŞ-nin paytaxtı Vaşinqton şəhərində 8 avqust 2025-ci ildə Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması ilə əlaqədar İsveçin paytaxtı Stokholmda tədbir keçirilib.
Tədbir İsveç-Azərbaycan Birliyinin (SAF) təşkilatçılığı ilə baş tutub. Azərbaycanlıların, türk icmasının nümayəndələrinin və yerli sakinlərin qatıldığı mərasimdə ümumilikdə 30-a yaxın iştirakçı yer alıb.
https://x.com/DiasporaAz/status/1956008224944984401
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin yad olunması ilə başlayıb. İsveç-Azərbaycan Birliyinin sədri Sevda Dadaşova çıxışında Azərbaycan Respublikasının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qalib ordumuza minnətdarlığını bildirib, qazilərimizə şəfa arzulayıb. O, Ağ Evdə imzalanan Birgə Bəyannamənin Cənubi Qafqazda davamlı sülhün bərqərar olunması baxımından əhəmiyyətini bir daha diqqətə çatdırıb.
https://x.com/DiasporaAz/status/1956008224944984401
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Koordinasiya Şurasının İsveç üzrə əlaqələndiricisi Ayda Əmir Haşimi bu möhtəşəm Zəfəri birlikdə qeyd etməyin hər birimiz üçün böyük qürur və sevinc mənbəyi olduğunu vurğulayıb. “Ali Baş Komandanımızın uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikası uzun illər davam edən işğalçı təcavüzün qarşısını alaraq ərazi bütövlüyünü bərpa edib və diplomatik masada da qalib gəlib”, – deyə o qeyd edib.
Daha sonra İsveç Krallıq Cəmiyyətinin nümayəndəsi Stefan Holmström Ağ Evdə keçirilən görüşün yaxşı nəticələr verəcəyinə inandığını dilə gətirib.
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
Kaynak:https://diaspor.gov.az/az/news-detail/stokholmda-abs-de-imzalanan-birge-beyanname-ile-elaqedar-tedbir-kecirilib-6071
https://x.com/DiasporaAz/status/1956008224944984401
Son Güncelleme: 16 Ağustos 2025 | Etiketler: ABŞ, AZERBAYCAN, Azərbaycan, Azərbaycan Diasporuna Dəstək Fondu, Bakı, BAKÜ, Birgə Bəyannamə ilə əlaqədar tədbir keçirilib, Diaspor, Diaspora, Diasporla, Diasporla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Fuad, Fuad Muradov, imzalanan, İş üzrə Dövlət Komitəsi, Muradov, Stokholmda, Stokholmda ABŞ-də imzalanan Birgə Bəyannamə ilə əlaqədar tədbir keçirilib
Birleşik Rusya’nın desteğiyle Smolensk’te Yeni Yıl dayanıklılık ekstrem turnuvası düzenlendi
Natalia Orlova, partinin Başkortostan’daki bölgesel şubesinin çalışmalarını övdü
Слова благодарности и подарки: «Единая Россия» поздравляет с наступающим праздником ветеранов Великой Отечественной войны в регионах
Birleşik Rusya Partisi, Moskova, St. Petersburg ve İrkutsk’taki askeri hastanelerde tedavi gören askerlere yeni yıl tebriklerini iletti
Автомобили, мотоциклы, генераторы: «Единая Россия» отправила из регионов за «ленточку» очередные партии гуманитарных грузов
Birleşik Rusya’nın desteğiyle, Transbaykal Bölgesi’ndeki Kyker köyünde bulunan bir kırsal okul tamamen yenilendi