“Soyqırımı cinayətinə görə beynəlxalq hüquqi məsuliyyət” mövzusunda dəyirmi masa təşkil olunub
Bakü, 6 Mart — 1453KralMedya

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Hüquq və İnsan Haqları İnstitutunun birgə əməkdaşlığı çərçivəsində martın 6-da “Soyqırımı cinayətinə görə beynəlxalq hüquqi məsuliyyət” mövzusunda dəyirmi masa keçirilib.

1453 Kral Medya’nın verdiyi xəbərə görə, Tədbirin açılışında Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə qonaqları salamlayaraq bildirib ki, tarix boyu azərbaycanlılara və Azərbaycan dövlətinə qarşı törədilən faciələr və soyqırımları barədə faktları dünya ictimaiyyətinə çatdıran və cinayətkarları ifşa edən onlarca tədqiqat işi İnstitut tərəfindən hazırlanıb.

Vəkillər Kollegiyası Akademiyasının rektoru, professor Əmir Əliyev çıxışında bildirib ki, xalqımıza qarşı ağır cinayətlərin təşkilində və törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilərək mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması, habelə beynəlxalq hüquq normalarının və insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılıb.

Tədbirdə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, İstanbul Universitetinin Hüquq fakültəsinin professoru Fethi Gedikli, Ankara Universitetinin professoru Cavid Abdullazadə, ANAMA-nın nümayəndəsi Fərhad İsayev, BDU-nun Hüquq fakültəsinin dekanı, h.ü.f.d. Zaur Əliyev, BDU-nun Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, professor Şəhla Səmədova, BDU-nun Hüquq fakültəsinin dosenti, h.ü.f.d. Əlövsət Allahverdiyev, BDU-nun Azərbaycan tarix kafedrasının dosenti, t.ü.f.d. Boran Əziz, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İlhamə Həsənova və Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, h.ü.f.d. İlham Malik oğlu Əliyev mövzu ilə bağlı çıxış ediblər.
Müzakirələr zamanı “Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiyanın müddəaları təhlil olunub, həmçinin müasir şəraitdə soyqırımı törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi mexanizmlərinə toxunulub.
Ülker Piriyeva/ AZERBAYCAN

Son Güncelleme: 06 Mart 2024 | Etiketler: “Soyqırımı cinayətinə görə beynəlxalq hüquqi məsuliyyət”, “Soyqırımı cinayətinə görə beynəlxalq hüquqi məsuliyyət” mövzusunda dəyirmi masa təşkil olunub, 1453 KRAL MEDYA, 6 Mart, ANAMA-nın nümayəndəsi Fərhad İsayev, Ankara Universitetinin professoru Cavid Abdullazadə, AZERBAYCAN, Azərbaycan, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı, BAKÜ, BDU, BDU-nun Hüquq fakültəsinin dekanı, h.ü.f.d. Zaur Əliyev, Hüquq, Hüquq və İnsan Haqları İnstitu, İnsan Haqları, İnstitutunun, İstanbul Universitetinin Hüquq fakültəsinin professoru Fethi Gedikli, Məhəmməd Quluzadə, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, mövzusunda dəyirmi masa təşkil olunub, Respublikasının, Ülker Piriyeva, və, Vəkillər Kollegiyası, Zaur Əliyev
Birleşik Rusya, Smolensk’te düzenlenen Tüm Rusya Judo Turnuvası’nı destekledi
«Единая Россия» поддержала всероссийский турнир по дзюдо в Смоленске
Birleşik Rusya, Donetsk Halk Cumhuriyeti’ndeki Urzuf köyünde ulusların birliğine adanmış bir festival düzenledi
«Единая Россия» провела в селе Урзуф в ДНР фестиваль, посвящённый единству народов
Sosyal destek önlemlerinin genişletilmesi, yeni okullar ve yollar: Birleşik Rusya, Mari El’deki halk programının ara sonuçlarını özetledi
Расширение мер соцподдержки, новые школы и дороги: «Единая Россия» подвела промежуточные итоги реализации народной программы в Марий Эл