“Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi” Gürcüstanda yaşayan Azərbaycanlılara pulsuz hüquqi xidmət göstərir
“Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi” Gürcüstanda yaşayan Azərbaycanlılara pulsuz hüquqi xidmət göstərir
2024
https://x.com/DiasporaAz/status/1805591128210649315
“Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi” Gürcüstanda yaşayan Azərbaycanlılara pulsuz hüquqi xidmət göstərir
Gürcüstanın Bolnisi rayonunda fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi” rayon bələdiyyəsində 36 azərbaycanlı kəndinə pulsuz hüquqi xidmət göstərir.
https://x.com/DiasporaAz/status/1805591128210649315
Son illər ətraf kəndlərdə yaşayan azərbaycanlı sakinlər hüquqi sənədlərin tərtibi məsələlərinin həllində müxtəlif maneələrə rast gəlirdilər.
https://x.com/DiasporaAz/status/1805591128210649315
Mərkəzin hüquqşünası Əmrah İbrahimov Mərkəzə hüquqi xidmətlər üzrə müxtəlif yaş qruplarından olan şəxslərin müraciət etdiyini deyib. O müraciətlərin əsasən mülkü və daşınmaz əmlakla bağlı olduğunu, eyni zamanda Gürcüstan vətəndaşlarına mərkəzi icra hakimiyyəti orqanlarına, məhkəmələrə məktub və müraciətlərin yazılması və digər hüquqi yardımlar da göstərildiyini nəzərə çatdırdı.
https://x.com/DiasporaAz/status/1805591128210649315
“Mərkəzdə pulsuz hüquqi xidmət Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və layihələri çərçivəsində həyata keçirilir. Son zamanlar ən çox müraciətlər hazırda Azərbaycanda övladları ilə yaşayan və Gürcüstan vətəndaşı olan yaşlı nəslin nümayəndələrindən gəlir. Fürsətdən istifadə edib onlara bildirmək istəyirəm ki, Gürcüstan qanunvericiliyinə görə pensiya yaşına çatmış vətəndaşlara pensiya ancaq fondda qeydiyyatda keçdikdən sonra təyin edilir. Əgər bir ildən sonra qeydiyyatdan keçsələr bu bir ilin pensiyası vətəndaşa verilmir. Buna görə də pensiya vaxtı çatmış insanlara vaxtında qeydiyyatdan keçməyi məsləhət görürük. Təbii ki, bu məsələ bir nümunədir, ancaq digər məsələlərin həlli üçün biz vətəndaşları maarifləndirmək məqsədilə qısa videoçarxlar hazırlayıb sosial şəbəkələrdə yayımına da başlamışıq” – deyə Əmrah İbrahimov bildirib.
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/qafqaz-huquq-ve-inteqrasiya-merkezi-gurcustanda-yasayan-azerbaycanlilara-pulsuz-huquqi-xidmet-gosterir-4892
https://x.com/DiasporaAz/status/1805591128210649315