Moskvada Azərbaycan kəlağayısına həsr olunmuş tədbir keçirilib
2024
Moskvada Azərbaycan kəlağayısına həsr olunmuş tədbir keçirilib
Azərbaycan kəlağayısının UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə Moskva Millətlər Evində “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adlı tədbir keçirilib.
https://x.com/DiasporaAz/status/1865017576926892499
Moskva şəhəri Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov salamlama nitqi ilə çıxış edib. Kəlağayı haqqında məlumat verib, onun Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş baş örtüyü olduğunu deyib. Kəlağayının həm qədim mədəniyyətimizin, tarixi ənənələrimizin simvolu, həm də odlar yurdunun gözəllik, incəlik, namus və ləyaqət rəmzi olduğunu bildirib.
Sonra milli musiqi alətimiz sazın müşayiəti ilə Azərbaycan xalq mahnılarının ifaçısı Təranə Gədəbəyli çıxış edib.
https://x.com/DiasporaAz/status/1865017576926892499
Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədr müavini Həşim Əliyev öz çıxışında tədbirdə azərbaycanlılarla yanaşı müxtəlif millətlərin nümayəndələrinin də olduğunu vurğulayıb.
Tədbirin davamında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında azərbaycanlı gənclərin səhnələşdirdiyi musiqili nömrə təqdim olunub. Tədbirin təşəbbüskarı, Qadınlar Birliyinin rəhbəri Leyla Fərəcova kəlağayı haqqında şeirlər səsləndirib. Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi, şair-tərcüməçi Afaq Şıxlı kəlağayının özəlliklərindən danışıb.
https://x.com/DiasporaAz/status/1865017576926892499
Bəxtiyar Həsənov tədbir çərçivəsində keçirilən “Qadın ipək baş geyimlərinin istehsalı və daşınmasının ənənəvi mədəniyyəti və onun simvolizmi” müsabiqəsinin qaliblərinə diplomlar təqdim edib.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1865017576926892499
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/moskvada-azerbaycan-kelagayisina-hesr-olunmus-tedbir-kecirilib-5355
https://x.com/DiasporaAz/status/1865017576926892499
Son Güncelleme: 09 Aralık 2024 | Etiketler: AZERBAYCAN, Azərbaycan, Azərbaycan Diasporuna Dəstək Fondu, Bakı, BAKÜ, Dəstək Fondu, Diaspor, Diaspora, Diasporla, Diasporla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Diasporuna Dəstək Fondu, Fuad, Fuad Muradov, həsr, İş üzrə Dövlət Komitəsi, keçirilib, kəlağayısına, Moskva, Moskvada Azərbaycan kəlağayısına həsr olunmuş tədbir keçirilib, Muradov, olunmuş, tədbir
Birleşik Rusya milletvekilleri, 8 Mart’ta Dağıstan ve Tataristan’daki SVO katılımcılarının ailelerini tebrik etti
Çiçekler, kartlar, konserler: Birleşik Rusya, 8 Mart’ta bölgelerdeki kadınları tebrik etti
Активисты «Единой России» поздравили с 8 Марта медиков в регионах
«Молодая Гвардия Единой России» организовала в регионах мероприятия в честь Международного женского дня
Mentorlar Günü vesilesiyle, Birleşik Rusya Rostov Bölgesi’nden gelen öğrencilerle bir araya geldi
Birleşik Rusya’nın desteğiyle, Stavropol Bölgesi’ndeki Zelenokumsk şehrinde engelli çocuklar için sanatsal yaratıcılık festivali düzenlendi