Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Hatay °C
Profesyonel Emlak

Millət vəkili Məşhur Məmmədov, “Böyük Qayıdış Proqramı uğurla davam edir..”, ÖZEL

Millət vəkili Məşhur Məmmədov, “Böyük Qayıdış Proqramı uğurla davam edir..”, ÖZEL
REKLAM ALANI
24.10.2023
A+
A-

Millət vəkili Məşhur Məmmədov,
“Böyük Qayıdış Proqramı uğurla davam edir..”, ÖZEL

Millet vekili Meşhur Memmedov,

Füzuli şəhəri uzun illərdən sonra bayram əhval-ruhiyyəsi yaşadı. Cari ilin 17 oktyabr tarixində “Füzuli şəhəri günü” qeyd edildi. Bütün xoş günlərdə xalqın yanında olan ölkə rəhbəri İlham Əliyev “Füzuli şəhəri günü”ndə füzulilərin sevincinə sevinc qatdı, Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Sevindirici haldır ki, görüşdə gənclər əksəriyyət təşkil edirdi. Yaşlı nəsillə birgə füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verib. Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq.

Biz işğal dövründə elə gənc nəsil yetişdirdik ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdilər. Gənc nəsil vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Torpaq uğrunda canlarını fəda edən gənc şəhidlərin qəhrəmanlığı unudulmazdır. Belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur.

Zamanla sübut olunub ki, Azərbaycan xalqının öz doğma torpağına sevgisi əbədidir. İşğal dövründə xaricdəki bəzi dairələr hesab edirdilər ki, illər keçdikcə Azərbaycan xalqı öz torpaqlarını unudacaq, gənc nəsil, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacaq. Ancaq o təhlilçilər və havadarları bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma diyarına sevgisi sonsuzdur.
Füzulidə rahat yaşamaq üçün bütün infrastruktur, şərait var. Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər, çünki burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə, hər şey gözlənilib.

Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirilib, Ağdamda və Zəngilanda və digər şəhərlərdə bütün layihələr təqdim edilib. Bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir.
İşğaldan azad olunmuş bütün ərazilərdə yenidənqurma işləri aparılır.

Bizim bütün şəhərlərimiz Füzuli kimi olacaq. Çünki Füzulidə birinci şəhərsalma layihəsini icra edilir. Burada şəhər tamamilə yenidən qurulur.

 

Füzulinin timsalında bütün dünya gördü ki, erməni vəhşiliyi nədən ibarətdir. Füzuli azad olunanda bir salamat bina olmadı ki, Bayrağımızı qaldıraq. Biz uzun illər Qarabağ dərdimizin həqiqətlərini dünya birliyinin diqqətinə çatdırmağa çalışanda bəziləri inanmırdı, elələri də var idi ki, inanmaq istəmirdi. İşğalçı dövlət heç kimi o vaxt bu bölgəyə buraxmırdı, qadağan etmişdi. Çünki buraya gələn hər bir insan görəcəkdi, erməni vəhşiliyi nədən ibarətdir.
Şükürlər olsun ağır günlər geridə qaldı. Füzuli indi tamamilə yenidən qurulur. Aylar keçdikcə burada yaşayanların sayı da təbii ki, artacaq. 800-dən çox insan artıq yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaq.

Cənab Prezident İlham Əliyev cari ilin 17 oktyabr tarixində “Füzuli şəhəri günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə qeyd etdiyi kimi, Böyük Qayıdış Proqramı qəbul olunub və uğurla icra edilir. Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda – 2026-cı ildə 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.
İnsanların rahat yaşaması ölkə başçısı üçün prioritetdir. İşğaldan azad olunmuş bütün ərazilərdə insanlar rahat yaşamalıdır. Bütün layihələri icra edərkən, o cümlədən məşğulluq məsələlərinə də böyük diqqət yetirilir. Aidiyyəti dövlət qurumları bu məsələ ilə də bağlı ciddi addımlar atır ki, işğaldan azad olunan ərazilərdə yerləşən insanların məşğulluq imkanları da olsun.

Müəyyən müddətdən sonra Qarabağ Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcək.

Ülker Piriyeva/ Azerbaycan

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.