Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Hatay °C
Profesyonel Emlak

Komitənin adından bir qrup özbək ictimai xadiminə təşəkkürnamələr təqdim edilib

Komitənin adından bir qrup özbək ictimai xadiminə təşəkkürnamələr təqdim edilib
REKLAM ALANI
05.09.2023
A+
A-

 

 

 

 

Komitənin adından bir qrup özbək ictimai xadiminə təşəkkürnamələr təqdim edilib

2023

 

 

 

Komitənin adından bir qrup özbək ictimai xadiminə təşəkkürnamələr təqdim edilib

Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində bir qrup özbək ictimai xadiminə Azərbaycan Respublikasının “Dostluq” ordeni və Diasporla İş üzrə Dövlət Komitəsinin təşəkkürnamələri təqdim edilib.

 

 

 

Tədbirdə çıxış edən mərkəzin direktoru Samir Abbasov bildirib ki, Özbəkistanın bir qrup elm, mədəniyyət və ədəbiyyat xadiminin iki qardaş ölkənin mədəni və diaspor əlaqələrinin inkişafında xidmətləri Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Dostluq” ordeninə layiq görülən bütün mükafatçılara təbrik sözləri və xoş arzular ünvanlanıb.

 

 

 

 

Sonra Özbəkistan Yazıçılar Birliyinin üzvü, şair Əli Nəsirliyə Azərbaycan Respublikasının “Dostluq” ordeni verilməsi haqqında dövlət başçımızın ötən il imzaladığı Sərəncam oxunub və ali mükafat Sırdəryada yaşayan soydaşımıza təqdim edilib.

Eyni zamanda Diasporla iş üzrə Dövlət Komitəsi adından diaspor fəaliyyətlərindəki xidmətlərə görə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinova, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurovaya və Mərkəzi Asiya Beynəlxalq İnstitutunun baş elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Azər Adıgözəlova təşəkkürnamələr təqdim olunub.

 

 

 

 

Mükafatçılar fəaliyyətlərinə verilən yüksək qiymətə görə Azərbaycan Prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. Bundan sonra da iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün səylə çalışacaqlarını nəzərə çatdırıblar.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/komitenin-adindan-bir-qrup-ozbek-ictimai-xadimine-tesekkurnameler-teqdim-edilib-3427

 

 

REKLAM ALANI