Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Hatay °C
Profesyonel Emlak

İsveçrədəki diasporumuz beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın mina probleminə cəlb edib

İsveçrədəki diasporumuz beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın mina probleminə cəlb edib
REKLAM ALANI
24.05.2023
A+
A-

 

 

 

İsveçrədəki diasporumuz beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın mina probleminə cəlb edib
2023
İsveçrədəki diasporumuz beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın mina probleminə cəlb edib

İsveçrədə fəaliyyət göstərən diasporumuz Azərbaycanın mina problemi ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib.

İsveçrə Azərbaycanlılarının Dostluq, Mədəniyyət və Həmrəylik Assosiasiyasının sədr müavini Ələkbər Əliyevin adından beynəlxalq təşkilatlara ünvanlanmış bəyanatda bildirilib ki, 2020-ci ildə Ermənistan və Azərbaycan arasında 44 günlük müharibə erməni işğalına son qoyulması ilə nəticələnsə də, ümumi dil tapmaq və tərəflər arasında mübahisəli məsələlərdə razılıq əldə etmək üçün unikal imkan yaradan proses bir sıra çətinliklərlə doludur.

Buna misal olaraq hazırda Azərbaycanın minalarla və partlamamış silah-suratla ən çox çirkləndirilmiş ölkələrdən birinə çevrildiyi göstərilib. İşğaldan azad edilmiş ərazilərdə mina partlayışları nəticəsində yüzlərlə Azərbaycan vətəndaşının, o cümlədən dinc sakinlərin həlak olduğu, yaralandığı, infrastruktura və ətraf mühitə böyük ziyan dəydiyi vurğulanıb. Ərazinin minalardan təmizlənməsi prosesinin uzun illər çəkə biləcəyi, göstərilən beynəlxalq dəstəyin töhfələr verməklə yanaşı, problemi tez bir zamanda həll edə bilmədiyi diqqətə çatdırılıb.

 

 

 

 

Ermənistanın minalanmış ərazilərin dəqiq xəritələrini Azərbaycana verməkdən imtinası məqsədyönlü hərbi cinayət adlandırılıb: “Bu, mümkün qədər çox adamın öldürülməsi, ən əsası, azərbaycanlıların öz evlərinə qayıtması prosesini uzatmaq məqsədi güdür”.

Bəyanatda bəzi beynəlxalq təşkilatların və qrupların müharibədən sonra Azərbaycan ərazilərində mina basdıqmaq çəhdinə görə həbs olunmuş Ermənistan hərbi diversantlarını müharibə əsirləri kimi müdafiə etmək cəhdləri pislənilib: “Onlar dinc insanların həlak olması ilə nəticələnən bu cinayətə göz yumaraq, mina döşəyən terrorçuları qorumaq istəyirlər. Bu, Ermənistanı daha çox terrorçu və diversant göndərməyə sövq edir. Ermənistanın minaları işğaldan sonra da 800 min dinc azərbaycanlının həyatını təhdid etməkdə davam edir”.

Mülki insanların ölümünə səbəb olan hər partlayışı sülh təşəbbüsünə qarşı açılmış atəş kimi qiymətləndirən soydaşlarımız beynəlxalq ictimaiyyəti bu dəhşətli problemin həlli naminə Azərbaycanı tam dəstəkləməyə çağırıblar.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/isvecredeki-diasporumuz-beynelxalq-ictimaiyyetin-diqqetini-azerbaycanin-mina-problemine-celb-edib-2987

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.