Gürcüstanda Azərbaycan dili üzrə I Regional Olimpiada keçirilib
2025
Gürcüstanda Azərbaycan dili üzrə I Regional Olimpiada keçirilib
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı ilə azərbaycandilli məktəblərin şagirdləri arasında ilk dəfə Azərbaycan dili üzrə I Regional Olimpiada baş tutub.
https://x.com/DiasporaAz/status/1934963683177923013
Olimpiadaya Tbilisi, Qardabani, Dmanisi, Bolnisi, Marneuli və Kaxeti bölgələrindəki 116 azərbaycandilli məktəbdən 300-dən çox şagird qatılıb.
https://x.com/DiasporaAz/status/1934963683177923013
Şagirdlərin mükafatlandırılması mərasimində GAİM-in icraçı direktoru Murad Muradov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahid Kazımov, Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Cavid Məhərrəmov və başqaları çıxış edərək olimpiadanın təşkilini yüksək qiymətləndiriblər. Bu cür tədbirlərin Gürcüstanda yaşayan azərbaycanlıların milli kimliyinin qorunmasına, ana dilində təhsilin təşviqinə və ictimai inteqrasiyanın gücləndirilməsinə xidmət etdiyini bildiriblər.
GAİM-in icraçı direktoru Murad Muradov olimpiadanın əsas məqsədinin ana dilimizin təbliği, daha dərindən öyrənilməsi, eləcə də qorunub saxlanması və gələcək nəsillərə çatdırılması olduğunu söyləyib. Murad Muradov belə tədbirlərin davamlı keçiriləcəyini deyib.
Tədbirin təşkilatçılarından olan “Maarif” təşkilatının rəhbəri, gənc fəal Aygül İsayeva olimpiadanın ilk dəfə belə geniş coğrafiyanı əhatə etdiyini diqqətə çatdırıb. Sualların Azərbaycan məktəblərində dərs deyən müəllimlər tərəfindən hazırlandığı, qaliblərin seçilməsində şəffaflığın təmin olunması üçün isə qiymətləndirmənin başqa məktəblərin müəllimləri tərəfindən keçirildiyi qeyd edilib.
105 şagirdin iştirak etdiyi olimpiadanın yekun turu iyunun 14-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Marneulidəki Azərbaycan Evində baş tutub.
https://x.com/DiasporaAz/status/1934963683177923013
Qaliblərə qiymətli hədiyyələr, digər iştirakçılara sertifikatlar təqdim olunub.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/gurcustanda-azerbaycan-dili-uzre-i-regional-olimpiada-kecirilib-5949
https://x.com/DiasporaAz/status/1934963683177923013
Son Güncelleme: 18 Haziran 2025 | Etiketler: AZERBAYCAN, Azərbaycan, Azərbaycan Diasporuna Dəstək Fondu, Azərbaycan dili, Azərbaycan dili üzrə I Regional Olimpiada keçirilib, Bakı, BAKÜ, Diaspor, Diaspora, Diasporla, Diasporla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Fuad, Fuad Muradov, Gürcüstan, Gürcüstanda Azərbaycan dili üzrə I Regional Olimpiada keçirilib, İş üzrə Dövlət Komitəsi, Muradov
Nefteyugansk’taki Birleşik Rusya üyeleri okul çocukları için hızlı satranç turnuvası düzenledi
Birleşik Rusya’nın desteğiyle Samara’da 15. Yıl Anma Yürüyüşü düzenlendi
BİRECİK BELEDİYE BAŞKANI MEHMET BEGİT, TEMİZLİK PERSONELİ İLE ÖĞLE YEMEĞİNDE BİR ARAYA GELEREK TEŞEKKÜR ETTİ
«Молодая Гвардия Единой России» поздравила сотрудников органов внутренних дел по всей стране
Birleşik Rusya’nın katılımıyla Rozovka (DHC) köyünde Büyük Vatanseverlik Savaşı’nda hayatını kaybedenlerin anısına anıt restore edildi
При поддержке «Единой России» обновлённую детскую библиотеку открыли в Козульке Красноярского края