Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Hatay °C
Profesyonel Emlak

Bakıda “Pakistan-Azərbaycan Dostluq Kuboku” uğrunda idman yarışları keçirilib

Bakıda “Pakistan-Azərbaycan Dostluq Kuboku” uğrunda idman yarışları keçirilib
REKLAM ALANI
24.06.2024
A+
A-

Bakıda “Pakistan-Azərbaycan Dostluq Kuboku” uğrunda idman yarışları keçirilib

, 2024

Bakıda “Pakistan-Azərbaycan Dostluq Kuboku” uğrunda idman yarışları keçirilib

 

 

 

 

Bakıda Azərbaycan, Pakistan və Türkiyə dövlətlərinin dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi və xalqlar arasında birliyin gücləndirilməsi məqsədilə idman yarışları keçirilib.

Pakistanın Lahor şəhərində yaşayan Azərbaycan icmasının fəal üzvü Şəhla İsayevanın təşkilatçılığı ilə Pakistanda fəaliyyət göstərən “LGS”-nin (Lahor Grammar School) “SA Garden Football Club Lahore” futbol klubunun şagirdləri ölkəmizə səfər ediblər. Səfər “Pakistan-Azərbaycan Dostluq Kuboku” uğrunda keçirilən idman yarışlarında iştirakla yanaşı, Pakistan İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məqsədi daşıyıb.

Futbol yarışında birinci yeri Dəyanət Vəqfi Bakı Türk Liseyi, ikinci yeri 27 nömrəli tam orta məktəb, üçüncü yeri Bakı İstanbul Liseyi, dördüncü yeri “SA Garden Football Club Lahore” klubu tutub.

Basketbol yarışında isə birinci yeri 27 nömrəli məktəb, ikinci yeri “SA Garden Footbal Club Lahore” klubu, üçüncü yeri Bakı İstanbul Liseyi, dördüncü yeri isə “Evrika” liseyi qazanıb.

Tədbirin bağlanış mərasimində Pakistandakı Azərbaycan icmasının fəal üzvü Şəhla İsayeva, 27 nömrəli tam orta məktəbin, Bakı İstanbul Liseyinin rəhbərləri, tarix üzrə fəlsəfə doktoru İradə Əlili, Müasir İnkişaf Birliyinin sədri, AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri, BDU-nun müəllimi Mübariz Göyüşlü, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı iştirak edib.

Şəhla İsayeva çıxışında yarışın məqsədindən, səfərin səbəblərindən danışıb. Tədbirdə çıxış edənlər Azərbaycan-Pakistan-Türkiyə dostluğundan və qardaşlığından söz açıblar, dövlətlər səviyyəsində qurulan təhsil, mədəniyyət, idman əlaqələrinin ictimai platformadakı çalışmalarla daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Sonda şagirdlər Azərbaycan, Türkiyə və Pakistana aid şeirlər səsləndiriblər.

Yarışlardan sonra Komitənin dəstəyi ilə pakistanlı yeniyetmə idmançılar Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/bakida-pakistan-azerbaycan-dostluq-kuboku-ugrunda-idman-yarislari-kecirilib-4873

 

 

 

REKLAM ALANI