100 illik yubileyinə – Gazete Hatay

Daşkənddə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib
Özbəkistana səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov paytaxt Daşkənddəki Şahəhməd Şahmahmudov ailəsinin şərəfinə ucaldılmış abidəni ziyarət edib.
📌https://t.co/majpmxcj8v pic.twitter.com/jSK4Its45X

— Azerbaijani Diaspora (@DiasporaAz) May 25, 2023

Daşkənddə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib

, 2023

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi və Özbəkistanda Azərbaycan Milli Mədəniyyət Mərkəzinin 20 illiyi münasibətilə “Özbəkistan və Azərbaycan arasında inkişaf tarixi, yeni dövr və əməkdaşlıq perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans təşkil edilib.

Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin və Özbəkistanın Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri Komitəsinin birgə dəstəyi və Azərbaycan Milli Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib.

Tədbir iştirakçılarını və qonaqları salamlayan hər iki ölkənin Komitə sədrləri Rustambek Qurbanov və Fuad Muradov, çıxışlarında elmə, ədəbiyyata və mədəniyyətə böyük dəyər verən, xalqların və ölkələrin dostluğunda xüsusi töhfəsi olan görkəmli dövlət xadimi Heydər Əliyevin xidmətlərindən bəhs edib, onun xatirəsinin dərin hörmətlə və ehtiramla xatırlandığını bildiriblər. Konfransda “Heydər Əliyev fenomeni”, “Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü məsələsi”, “Heydər Əliyev – özbək xalqının əbədi dostu”, “Qardaş xalqların əlaqələrinin möhkəmləndirilməsində Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rolu”, “Azərbaycan dilindən özbək dilinə tərcümə olunmuş əsərlər və onların mənası” mövzularında məruzələr səsləndirilib.

Çıxışçılar arasında Özbəkistan Yazıçılar Birliyinin üzvü, ədəbiyyatşünas Bobohan Məhəmməd Şərif, AMEA Tarix İnstitutunun icraçı direktoru İlqar Niftəliyev, fəlsəfə elmləri doktoru, professor Cəmilə Şerməhəmmədova, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin professoru Tohir Kahhorov, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və yer alıblar. Ədəbiyyatşünas Bobohan Məhəmməd Şərifin və professor Cəmilə xanım Şerməhəmmədovanın ulu öndər Heydər Əliyev haqqında xoş xatirələri, onun iki xalqın və ölkənin dostluq əlaqələrindəki misilsiz rolu haqqında nitqləri tədbir iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanıb. Onların xalqların dostluğu, qardaşlığı haqqında səsləndirdiyi “Özbəkistanda 36 milyon azərbaycanlı, Azərbaycanda isə 10 milyon özbək soydaşımız var!”, “Özbəkistan və Azərbaycan xalqlarının dostluğu, qardaşlığı dərin tarixi köklərə əsaslanır və bütün dünyaya nümunədir!” fikirləri tədbir iştirakçıkarı tərəfindən alqışlarla qarşılanıb.

Növbəti görüş dahi Azərbaycan mütəfəkkiri, şair Nizami Gəncəvinin adını daşıyan Daşkənd Dövlət Pedaqoji Universitetində keçirilib. Komitə sədri müəllim-tələbə kollektivi ilə birlikdə universitetdə ucaldılmış Nizami Gəncəvinin abidəsini ziyarət edib, universitetdə fəaliyyət göstərən mərkəzlərlə tanış olub. Universitet rəhbərliyi Azərbaycan dilinin və ədəbiyyatının təbliği istiqamətində həyata keçirilən işlər, azərbaycan və özbək dillərinə tərcümə və nəşr edilən kitablar barədə qonaqları məlumatlandırıb. Daha sonra universitetin müəllim-tələbə kollektivi ilə keçirilən görüş qarşılıqlı fikir mübadiləsi, təqdimatlarla davam edib, gələcəkdə birgə layihələr müzakirə edilib.

Özbəkistanda ulu öndərin 100 illik yubileyinə həsr edilmiş digər tədbir isə Azərbaycan Mədəniyyət Mərkəzində təşkil edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə baş tutan tədbirdə Özbəkistanın dövlət və hökumət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, ziyalılar, Azərbaycan icmasının üzvləri, tələbə və gənclər iştirak ediblər.

Özbəkistana səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov paytaxt Daşkənddəki Şahəhməd Şahmahmudov ailəsinin şərəfinə ucaldılmış abidəni ziyarət edib.
📌https://t.co/majpmxcj8v pic.twitter.com/jSK4Its45X

— Azerbaijani Diaspora (@DiasporaAz) May 25, 2023

Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalqının ümummilli liderinin Türk Dünyası, o cümlədən Özbəkistanla dövlətlərarası əlaqələrin və əməkdaşlığın qurulmasında və inkişafında xidmətlərini qeyd edib. Daha sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən, Azərbaycan dövlətçilik tarixindəki rolundan, onun xaricdə yaşayan azərbaycanlılara qarşı xüsusi diqqətindən söz açıb, Azərbaycan diasporunun məhz ulu öndərin hakimiyyəti dövründə formalaşdığından danışıb, ümummilli liderin diaspor siyasətinin dövlətçiliyimizdə əsas istiqamətlərdən biri hesab etdiyini xüsusi vurğulayıb.

Özbəkistanın Mədəniyyət və Turizm Nazirliyi nəzdində Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri Komitəsinin sədri Rustambek Qurbanov da çıxışında Azərbaycan xalqının ümummilli liderinin Özbəkistanda hörmət və ehtiramla xatırlandığını, onun xatirəsinə həsr edilmiş tədbirlərin keçirildiyini diqqətə çatdırdı.

“Dostluq” adlı konsert proqramı Özbəkistan Xalq Çalğı Alətləri Kamera Orkestrinin ifasında görkəmli Azərbaycan bəstəkarlarının musiqilərinin nümayişi ilə davam edib.

Qeyd edək ki, Özbəkistana səfəri çərçivəsində Komitə sədri Fuad Muradov paytaxt Daşkəndin Xalqlar Dostluğu meydanında Şahəhməd Şahmahmudov ailəsinin şərəfinə ucaldılmış abidəni ziyarət edib, Özbəkistanda yerli və akkreditə olunmuş xarici ölkələrin media orqanlarına müsahibə verib.

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/daskendde-heyder-eliyevin-100-illik-yubileyine-hesr-olunmus-tedbirler-kecirilib-2994

Özbəkistana səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov paytaxt Daşkənddəki Şahəhməd Şahmahmudov ailəsinin şərəfinə ucaldılmış abidəni ziyarət edib.
📌https://t.co/majpmxcj8v pic.twitter.com/jSK4Its45X

— Azerbaijani Diaspora (@DiasporaAz) May 25, 2023

Nyu-Yorkda bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş təntənəli konsert keçirilib
Nyu-Yorkda bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş təntənəli konsert keçirilib

📌https://t.co/fkvR2vSF27 pic.twitter.com/SR5GOOTzya

— Azerbaijani Diaspora (@DiasporaAz) November 23, 2022

Nyu-Yorkda bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş təntənəli konsert keçirilib

Nyu-Yorkda bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş təntənəli konsert keçirilib

ABŞ-ın Nyu-York şəhərindəki məşhur “Carnegie Hall” konsert zalında Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə “Bridge of Friendship” (“Dostluq körpüsü”) adlı konsert keçirilib.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və ABŞ-da fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə gerçəkləşdirilən konsert Azərbaycan musiqi və diaspor tarixində ilk dəfə olaraq “Carnegie Hall”un 2800 nəfərlik Ayzek Stern adına konsert salonunda baş tutub.

Tədbiri giriş sözü ilə açan Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı və prezidenti Nərgiz Əliyarova Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, simfonik muğam janrının banisi, mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmiş Fikrət Əmirovun həyat və yaradıcılığı barədə məlumat verib.

Konsertdə Nyu-York Beynəlxalq Virtuozlar Orkestrinin müşayiəti ilə Azərbaycan, türk və yəhudi bəstəkarlarının əsərləri tanınmış pianoçu, Azərbaycanın əməkdar artisti, professor Nərgiz Əliyarova və skripka ifaçısı Aleksandr Markovun ifasında səsləndirilib.

Konserti tanınmış maestro, Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Münhen Yeni Filarmoniyasının və Azərbaycan Dövlət Kamera Orkestrinin baş dirijoru, Azərbaycanın əməkdar artisti Fuad İbrahimov idarə edib.

Tamaşaçılar Fikrət Əmirovun “Azərbaycan kapsiççiosu”, Fikrət Əmirov və Elmira Nəzirovanın “Fortepiano və orkestr üçün ərəb mövzuları əsasında konsert” (ABŞ premyerası), Cerri Brubeykerin oranjemanında “Corc tərəfindən Gerşvin”, Faruk Kancanın “Vox in Terra” (“Terrada səs”) və Feliks Mendelsonun “E minorda skripka ilə orkestr üçün konsert” (op. 64) əsərlərini alqışlarla qarşılayıblar.

Konsertin təşkili və dinləyicilərin konsertdə iştirakına dəstək verən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə bundan öncə 2018-ci ildə Nyu-York şəhərində Linkoln Mərkəzinin Bruno Volter zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan Multikulturalizmi” adlı konsertin, 2019-cu ildə Nyu-Yorkun Şin Konsert Mərkəzinin Loreto zalında Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümünə həsr olunmuş konsertin, 2021-2022-ci illərdə isə dahi bəstəkar Üzeyir Hacıbəyovun adını daşıyan I və II Beynəlxalq Bəstəkarlıq müsabiqələrinin də təşkilinə, o cümlədən müsabiqə çərçivəsində xüsusi “Şuşa mükafatı”nın təsis edilməsinə maliyyə dəstəyi göstərib.

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

kaynak:http://diaspor.gov.az/az/news-detail/nyu-yorkda-bestekar-fikret-emirovun-100-illik-yubileyine-hesr-olunmus-tenteneli-konsert-kecirilib-1994